Dünya

ABŞ-ın 25 şəhərində etirazlar səbəbilə komendant saatı tətbiq edilib

31 May 2020 09:53
0 Şərh     Baxış: 1 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın azı 25 böyük şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra başlayan etiraz aksiyaları səbəbilə komendant saatı tətbiq edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, komendant saat Los-Anceles və Beverli-Hills (Kaliforniya ştatı), Denver (Kolorado ştatı), Mayami (Florida ştatı), Atlanta (Corciya ştatı), Çikaqo (İllinoys ştatı), Luisvill (Kentukki ştatı), Minneapolis və Sent-Pol (Minnesota ştatı), Reçester (Nyu-York ştatı), Sinsinnati, Kolumbus, Deyton, Toledo və Klivlend (Oqayo ştatı), Portlend cə Yucin (Oreqon ştatı), Filadelfiya və Pittsburq (Pensilvaniya ştatı), Çarlston və Kolumbiya (Cənubi Karolina ştatı), Neşvill (Tennesi ştatı), Solt-Leyk-Siti (Yuta ştatı), Sietl (Vaşinqton ştatı) və Miluoki (Viskonsin ştatı) şəhərlərində tətbiq edilib.

Bundan əlavə, Minnesota, Corciya, Oqayo, Kolorado, Viskonsin, Kentukki, Yuta, Texas ştatlarında, o cümlədən paytaxtın Kolumbiya dairəsində küçələrdə nizam-intizamın təmin edilməsi üçün ABŞ Milli Qvardiyasının əsgərləri səfərbər edilib.

Qeyd edək ki, Minneapolis şəhərində (Minnesota ştatı) afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.