Dünya

Trampdan afroamerikalının ölümünə reaksiya

31 May 2020 09:17
0 Şərh     Baxış: 1 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Minneapolisdə afroamerikalı Corc Floydun ölümü bir çox amerikalını dəhşətə gətirən böyük faciədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Crew Dragon" kosmik gəmisinin Florida ştatında yerləşən kosmodromdan havaya qalxmasından sonrakı çıxışında deyib.

D.Tramp bildirib: "Bütün amerikalılar üçün kosmosdakı bu əlamətdar gün haqqında danışmazdan əvvəl Minnesotadakı vəziyyətlə bağlı bir neçə söz demək istəyirəm. Corc Floydun Minneapolis küçələrində ölümü baş verməməsi gərəkən və bir çox amerikalını dəhşətə gətirən, qəzəbləndirən və kədərləndirən faciədir".

ABŞ prezidentinin sözlərinə görə, o, C.Floydun ailəsi ilə danışıb və onlara başsağlığı verib: "Hazırda bizə nifrət deyil, sakitləşmək, xaos deyil, ədalət gərəkdir".

Qeyd edək ki, Minneapolis şəhərində (Minnesota ştatı) afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.