Dünya

Almaniya Türkiyәyә tәşәkkür etdi

30 May 2020 20:12
Baxış: 1 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya vәtәndaşlarının tәxliyә edilmәsinә dәstәk verәn Türkiyәyә tәşәkkür edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barәdә Almaniya Xarici İşlәr Nazirliyinin ''Böhran Mәrkәzi''nin rәsmi ''Twitter'' sәhifәsindәn verilәn mәlumatda bildirilib.

''Peru vә Kolumbiyadakı әmәkdaşlığa görә Türkiyәyә tәşәkkür edirik. Bu sayәdә 100-dәn çox Almaniya vәtәndaşı ölkәmizә gәlә bildi. Tәşәkkür edirik''.

Bu arada Boqota vә Limadakı Almaniya vәtәndaşları Türk Hava Yollarına mәxsus tәyyarә ilә Frankfurta gәtirilib.
Kolumbiya vә Perudan tәxliyә edilәnlәr arasında Fransa, Çexiya, Portuqaliya, İsveçrә, Avstriya, Finlandiya, Bolqarıstan, İspaniya, İsveç, Norveç, Polşa vә İtaliya vətəndaşları da olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.