Dünya

Angela Merkel Donald Trampın G7 sammitinə dəvətini qəbul etməyib

30 May 2020 13:18
Baxış: 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya kansleri Angela Merkel ABŞ Prezidenti Donald Trampın G7 sammitinə dəvətini qəbul etməyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Seibert deyib.

"Federal kansler Vaşinqronda iyun ayının sonunda keçirilməsi nəzərdə tutulan G7 sammitinə dəvəti üçün Prezident Trampa təşəkkür edir. Hazırda ümumi pandemiya vəziyyətini nəzərə alaraq, Angela Merkel Vaşinqtona səfərə və bu sammitdə iştirakına razı deyil. Əlbəttə ki, xanım Merkel pandemiyanın inkişaf xəttini izləməyə davam edəcək", - deyə Steffen Seibert qeyd edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.