Dünya

Həsən Ruhani İrandakı vəziyyətdən danışdı: Koronavirus...

30 May 2020 12:16
Baxış: 1 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tez bir zamanda koronavirusdan öncəki şəraitə qayıtmaq mümkün deyil.

Bunu İran prezidenti Həsən Ruhani koronavirusla mübarizə komitəsinin iclasında deyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, H.Ruhaninin sözlərinə görə, vətəndaşlar 15 gün, 1 və ya 2 ay ərzində normal şəraitə qayıtmağı düşünürlər. Halbuki uzun müddətə həyat tərzini dəyişmək, həmçinin məhdudiyyətləri və virtual aləmin həyatın bir hissəsi olduğunu qəbul etmək lazımdır.

O əlavə edib ki, artıq əvvəllərdə olduğu kimi 10-20 nəfərin bir yerdə əyləşməsi mümkün deyil. Bunu aylarla unutmaq lazımdır. Toplantılar da sosial məsafə ilə olmalıdır:

"Hazırkı şərait yoluxmanın olduğu ilk aylardan (20 fevraldan -20 aprelədək) daha çətindir. Çünki həmin aylarda yoluxan şəxslərin müşahidə edilən simptomları var idi. İndi isə bəzi yoluxan şəxslərin müşahidə edilən simptomları yoxdur və virus daşıyıcılarının sayı da artmaqdadır", - Ruhani qeyd edib.

İran prezidenti bəzi vilayətlərdə yoluxma sayının azalmaqda olsa da, digərlərində vəziyyətin ağır olduğunu qeyd edib.

Ruhani deyib ki, bu gündən bəzi məhdudiyyətlər ləğv olunur. Belə ki, məscidlər ibadət üçün açılır. Bundan əlavə saat 9:00-dan - 18:00-dək işləmək icazəsi olan pasajların saat məhdudiyyəti ləğv edilir. Bir sıra məhdudiyyətlərin ləğv edilməsi ilə əlaqədar hələlik qərar verilməyib.

Qeyd edək ki, İranda koronavirusa ilk yoluxma halı 19 fevralda qeydə alınıb. Bundan sonra mərhələli şəkildə İranda bir sıra məhdudiyyətlər, o cümlədən vilayətlər arasında gediş-gəliş, bütün idarələrdə, ictimai-iaşə obyektlərində və sairədə məhdudiyyətlər tətbiq olunub. Məhdudiyyətlərin ləğvinə isə 11 apreldən mərhələli şəkildə başlanılıb.

Əlavə edək ki, İranda ötən günədək (29 may) 146 668 nəfərin koronavirusa yoluxduğu, 7 677 nəfərin öldüyü və 114 931 nəfərin sağaldığı təsdiqlənib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.