Dünya

Gürcüstanda koronavirusa yoluxma halları yenidən artıb

30 May 2020 08:32
Baxış: 1 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda koronavirusa yoluxma halları yenidən artıb. Mayın 29-da daha 8 nəfərdə koronavirus aşkarlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı rəsmi stopcov.ge saytında yer alıb. Bildirilir ki, bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 746 nəfərə çatıb. Onların 576-sı müalicə olunub, 12 nəfəri isə dünyasını dəyişib.

Hazırda Gürcüstanda 2966 nəfər karantində, 250 nəfər isə stasionar nəzarətdə saxlanılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.