Dünya

Belarus tibbi malların ixracına qoyulmuş qadağanı iyulun 1-dək uzadıb

30 May 2020 08:18
Baxış: 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarus tibbi malların ixracına qoyulmuş qadağanı 2020-ci il iyulun 1-dək uzadıb. Malların siyahısına maskalar, xalatlar, birdəfəlik tibbi dəstlər, oksigen terapiyası və süni tənəffüs üçün aparatlar daxildir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Belarus Nazirlər Şurasının bu qərarı milli hüquq internet portalında açıqlanıb.

Bu sənədlə tibbi malların Belarusdan kənara, o cümlədən Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərə ixracına müvəqqəti qadağa qoyulur. Ölkənin Səhiyyə Nazirliyinin icazə verdiyi, üzərində adı, miqdarı, qiyməti göstərilən, habelə ixrac edən təşkilat barədə məlumatlar olan mallar istisna təşkil edır.

Xatırladaq ki, Belarus hökuməti daha əvvəl tibbi malların ixracına iyunun 1-dək qadağa qoymuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.