Dünya

İranda daha 50 nәfәr koronavirusdan ölüb

29 May 2020 16:02
Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İranda ötәn sutka әrzindә daha 50 nәfәr koronavirusdan (COVID19) ölüb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, belәliklә İranda bu virusdan ölәnlәrin sayı 7 677 nәfәrә yüksәlib.

Cahanpur әlavә edib ki, ötәn 24 saat әrzindә daha 2 819 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 146 668 nәfәrә çatıb. Virus daşıyıcılarından 2 547 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi indiyәdәk 114 931 nәfәrin koronavirusdan sağaldığını deyib.

İranda indiyәdәk 896 mindәn çox diaqnoz testi hәyata keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.