Dünya

COVID-19 Qazaxıstanın turizm sahəsinə ziyan vurur

29 May 2020 15:26
Baxış: 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanda koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlər bu il turizm sahəsində itkiləri 70-80 faiz təşkil edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, COVID-19 pandemiya dövründə turizm iqtisadiyyatın ən çox zərər çəkmiş sahələrindən birinə çevrilib.

Qazaxıstan Turizm Sənayesi Komitəsinin sədri Dastan Rıspekov bildirib ki, koronavirus infeksiyası səbəbindən ölkə bu il daxili turizmin 70-80 faizini itirəcək.

Turistlərin istirahət yerlərinin fəaliyyəti ilə bağlı bütün qərarlar epidemioloji vəziyyətdən asılı olaraq yerli icra orqanları tərəfindən bu regionların baş sanitar həkimləri ilə birgə qəbul ediləcək.

Qeyd edək ki, 2019-cu ildə ölkənin turizm xidmətlərinin ixracının həcmi 2,5 milyard dollar təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.