Dünya

Xorvatiya AI-nin 10 ölkəsinin vətəndaşlarının ölkəyə girişinə qoyulan məhdudiyyətləri qaldırdı

29 May 2020 08:58
Baxış: 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xorvatiya koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilən Aİ-nin 10 dövlətinin vətəndaşlarının ölkəsinə girişinə qoyulan məhdudiyyətləri ləğv etdi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, baş nazir Andrey Plenkoviç hökumətin iclası zamanı bildirib.

"Avstriya, Macarıstan, Almaniya, Latviya, Litva, Polşa, Slovakiya, Sloveniya, Çexiya və Estoniya vətəndaşlarının ölkəyə girişinə icazə verilir", - deyə Baş nazir vurğulayıb.

Hökumət başçısının sözlərinə görə, vəziyyət yaxşılaşdıqca vətəndaşlarının Xorvatiyaya girişə icazə verilən ölkələrin siyahısı genişlənəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.