Dünya

Murmanskda koronavirus xəstələri üçün müvəqqəti xəstəxana tikiləcək

28 May 2020 19:19
Baxış: 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya koronavirusun yayılmasından sonra Arktika bölgəsinin Murmansk regionununda təbii maye qazı təchizatı zavodunun tikildiyi ərazi yaxınlığında müvəqqəti xəstəxana tikməyi planlaşdırır.

Murmansk qubernatoru Andrey Çibis koronavirusun yayılmasına baxmayaraq, Rusiyanın qaz istehsalçısı`Novatek`in Belokamenkada zavodunun inşasını dayandırmadığını deyib.

Onun sözlərinə görə, Finlandiya və Norveçlə həmsərhəd olan Murmansk virusun mümkün ikinci dalğasına hazır olmalıdır.

"Biz aydın şəkildə virusun hələ uzun müddət qalma ehtimalı olduğunu başa düşürük. Biz mümkün ikinci dalğaya hazırlaşır, təxminən 700 çarpayılı, tam təchiz olunmuş müvəqqəti bir xəstəxana açırıq" - deyə, Çibis Reuters xəbər agentliyinə telefonla verdiyi müsahibəsində bildirib.

Belokamenkada xəstəxananın inşasına üçün təxminən 1 milyard rubl (14 milyon dollar) sərf ediləcəyi gözlənilir. Rəsmilər maliyyənin federal büdcədən təcili köçürmə yolu ilə çatdırılacağını bildirib.

Xəstəxananın inşası yalnız koronavirusun yayıldığı Moskvadan çox uzaq bölgələrdə sağlamlıq problemlərinin qarşısının alınması deyil, həm də dünyanın ən böyük ölkəsi üçün təbii maye qaz istehsalının əhəmiyyətini vurğulayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.