Dünya

Çin parlamenti Honq Konqla bağlı mübahisəli təhlükəsizlik qanununu təsdiq edib

28 May 2020 19:18
Baxış: 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin parlamenti Honq Konqla bağlı yeni təhlükəsizlik qanunu təsdiq edib. Tənqidçilər bu qanunun şəhərin yarı-muxtar statusuna hədə olduğunu deyir.

Milli Xalq Konqresi mübahisəli qanun layihəsini cümə axşamı 2878-1 səs fərqi ilə təsdiq edib. Parlamentin altı üzvü səsvermədə iştirak etməyib.

Yeni qanun milli təhlükəsizliyə hədə olan "ayrılma, çevriliş və terror əməliyyatları"nın qarşısını alıb, cəzalandıracaq. Yeni qanun həmçinin Çinin milli təhlükəsizlik orqanlarına Honq Konqda idarələr təsis etməyə imkan verəcək. Parlamentin Daimi Komitəsi sentyabrda qüvvəyə minəcəyi gözlənilən qanunun detallarını hazırlamağa başlayacaq.

Biznes qrupları və Qərb ölkələri qanun layihəsinin Honq Konqun Britaniya maliyyə mərkəzinin nəzarətini 1997-ci ildə Çinə təhvil verərkən təyin olunan "bir ölkə, iki sistem" anlayışı altındakı statusunu ləğv edəcəyini deyərək tənqid edib, çünki qanun layihəsi Honq Konq parlamentində səsə qoyulmayacaq.

Pekinin ötən həftə yeni təhlükəsizlik qanunu elan etməsindən sonra Honq Konqda 2019-cu ilin ikinci yarısında ekstradisiya qanun layihəsi səbəbilə baş verən kütləvi etirazların ikinci dalğası yaşandı.

Çərşənbə günü axşam milli təhlükəsizlik qanun layihəsinə etiraz edən 360 nümayişçi həbs olunub.

ABŞ-ın dövlət katibi Mayk Pompeo çərşənbə günü deyib ki, o, ABŞ Konqresinə Honq Konqun "artıq Çindən azad muxtariyyəti olmadığını" və "Birləşmiş Ştatlarının qanunları altında Honq Konqa qarşı eyni rəftarın davam etməyəcəyini" bildirib.

Dövlət katibinin bu sözləri Birləşmiş Ştatların Honq Konqu ABŞ-ın əsas ticarət tərəfdaşı olmasına gətirib çıxaran imtiyaz statusunu ləğvinin nəzərdən keçirdiyinə işarə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.