Dünya

Tramp qoşunlarını Əfqanıstandan çıxaracağı barədəki vədinə qayıdıb

28 May 2020 19:17
Baxış: 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident Donald Tramp ordusunu müharibə şəraitində olan ölkədən çıxaracağını bir daha dilə gətirməsi ABŞ-ın Əfqanıstandakı hərbi missiyasının hədəfinin nə olduğuna dair ictimaiyyətin suallarına səbəb olub..

Tramp niyyətini ABŞ-ın təxminən 19 ilə yaxəndlr davam edən Əfqanıstan müharibəsinin sona çatdırılmasına dair Talibanla imzaladığı əlamətdar sülh razılığına əsasən ABŞ-ın Əfqanıstandakı qoşunlarının çıxarılmasını" vaxtından əvvəl" olduğuna dair xəbərlər fonunda təkrarlayıb.

"Biz Əfqanıstanda hərbi qüvvə kimi deyil, polis qüvvəsi kimi fəaliyyət göstəririk. 19 ildən sonra Əfqanıstan rəsmilərinin öz ölkələrində özlərinin polis olmalarının vaxtı gəlib" - deyə, Tramp çərşənbə günü Tvitter səhifəsində yazıb.

"Əsgərlərimizi evə gətirin, lakin orada baş verənləri yaxından izləyin, lazım gəldikdə, əvvəllər heç vaxt olmadığı kimi vurun!" - deyə, Tramp bildirib.

Fevralın 29-da ABŞ-la Taliban arasında əldə edilən razılığa əsasən Vaşinqton iyul ayının ortalarına qədər Əfqanıstandakı təxminən 13 minə qədər əsgərini 8 600-ə qədər azaltmalı, 2021-ci ilin iyul ayının ortasına qədər isə NATO-nun rəhbərlik etdiyi qeyri-döyüş missiyasındakı qüvvələr də daxil olmaqla, bütün qüvvələrini çıxarmalıdır.

Razılığın Qətərdə imzalanmasından bir neçə gün sonra ABŞ hərbi qüvvələri Əfqanıstandan çıxarılmağa başlayıb və rəsmilər o vaxtdan bəri bu prosesin davam etdiyini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.