Dünya

İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilib

28 May 2020 18:49
0 Şərh     Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada "Ndrangeta" mafiyasına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Kalabriya vilayət prokurorluğunun keçirdiyi əməliyyatda 500 nəfərə yaxın polis əməkdaşı iştirak edib.

Əməliyyat zamanı onlarla şəxs saxlanılıb. Bundan başqa, mafiya ilə əməkdaşlıq etməkdə şübhəli bilinən 11 dövlət məmuru da istintaqa cəlb olunub.

Əməliyyat Kalabriya vilayəti ilə yanaşı, Siciliya, Kampaniya, Lombardiya və digər vilayətlərdə keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.