Dünya

Türkiyədə daha bir məhdudiyyət aradan qaldırıldı

28 May 2020 18:19
Baxış: 931
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə koronavirus pandemiyasına görə ölkə daxilində sərnişin daşımalarına qoyulan məhdudiyyət aradan qaldırıldı.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

Onun sözlərinə görə, koronavirus pandemiyasına görə yaranmış fasilədən sonra qatarla sərnişindaşımada bu gün ilk səfər Ankara ilə İstanbul arasında həyata keçirilib: "Bu gündən etibarən gündə bir dəfə Ankara-İstanbul, Ankara-Eskişehir, Ankara-Konya və Konya-İstanbul xətlərində sərnişindaşıma həyata keçiriləcək".

Türkiyə rəsmisi bəyan edib ki, koronavirus pandemiyasına görə ehtiyat tədbirlərinin həyata keçirilməsi sosial-iqtisadi həyata dərindən təsir edib: "Bununla yanaşı, qatarlarda dezinfeksiya işləri və digər lazımi tədbirlər həyata keçirilir".

Xatırladaq ki, Türkiyədə pandemiya qurbanlarının sayı 4 430 nəfəri, ölənlərin sayı isə 34 nəfəri ötüb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.