Dünya

Çinin baş naziri: ABŞ-la münasibətlər yeni çətinliklərlə üzləşib

28 May 2020 16:09
Baxış: 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çin və ABŞ arasındakı münasibətlər son dövrlərdə yeni çətinliklərlə üzləşib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Çinin baş naziri Li Kesyan ölkə parlamentinin 3-cü sessiyasının yekunları ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, ikitərəfli münasibətlərin qaydaya salınması hər iki ölkənin maraqlarına cavab verir:

"Doğrudur ki, hazırda Çinlə ABŞ arasındakı münasbətlər yeni problemlər və çətinliklərlə üzləşib. Hər iki ölkə əməkdaşlıqdan qazanır, qarşıdurmadan isə itirir. Çin-ABŞ münasibətlərinin qaydaya salınması hər iki ölkənin maraqlarına cavab verir".

Qeyd edək ki, Çin parlamenti bu gün Honq Konq muxtar regionunda təhlükəsizlik barədə qanun layihəsini təsdiqləyib. Bu qanun layihəsini Honq Konqun muxtariyyət statusuna təhdid kimi görən ABŞ Çinə qarşı müvafiq addımların atılacağını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.