Dünya

Udmurtiyanın rəhbəri koronavirusa yoluxub

28 May 2020 08:02
Baxış: 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Udmurtiyanın rəhbəri Aleksandr Breçalov koronavirusa yoluxub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Regional Qərargahın "telegram" kanalında məlumat verilib.

"Təxminən bir xəstə ilə təmasda olduğumu bilirəm, bu, mayın 21-dən sonra olub", deyə Breçalov vurğulayıb.

Udmurtiya rəhbərinin mətbuat xidməti hazırda Breçalovun özünü yaxşı hiss etdiyini və karantinə alındığını bildirib.

Qeyd edək ki, bu həftə Tuva rəhbəri Şolban Kara-oolda da koronavirus infeksiyası aşkarlanıb.

Çeçenistan rəhbəri Ramzan Kadırovun koronavirusa yoluxması ilə bağlı şübhələri isə ölkə parlamentinin spikeri təkzib edərək, bunu şayiə adlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.