Dünya

Ukrayna iyunun 15-dən beynəlxalq hava uçuşlarını bərpa edəcək

28 May 2020 08:58
Baxış: 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna karantindən çıxış planına uyğun olaraq, iyunun 15-dən etibarən beynəlxalq uçuşları bərpa edəcək. Eyni zamanda Ukraynaya gələn hər kəs 14 gün ərzində özünütəcrid qaydalarına riayət etməli və ya müvafiq müşahidə altında qalmalıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə brifinqdə Səhiyyə naziri Maksim Stepanov məlumat verib. Onun sözlərinə görə, , hazırda avtomobil nəqliyyatı ilə Ukraynaya daxil olmaq və Ukraynadan çıxmaq mümkündür.

"Əgər siz avtomobillə Belarusa və ya Avropa İttifaqı ölkələrinə getmək istəyirsinizsə, artıq bunun üçün icazə tələb olunmur. Bundan əlavə, biz əgər aviauçuşlar barədə danışırıqsa, onlar karantindən çıxış planına uyğun olaraq iyunun 15-dən etibarən bərpa ediləcək. Lakin mən onu xatırlatmaq istəyirəm ki, Ukraynaya qayıdarkən hər bir kəs müəyyən edilmiş normalar çərçivəsində özünütəcrid qaydalarına riayət etməlidir. Bununla yanaşı, onlar "Дій вдома" proqramına qoşularaq 14 gün özünütəcrid şəraitində qalmalıdılar", - deyə nazir bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.