Dünya

Yunanıstanda əhalini koronavirusdan qorumağın üsulunu tapıblar

28 May 2020 08:33
Baxış: 1 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanda iyunun 1-dən əhalini yeni növ koronavirusdan qorumaq üçün insanların vərəmə qarşı peyvəndlənməsinə başlanılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, alimlər üçüillik araşdırmadan sonra sübut ediblər ki, vərəmə qarşı peyvənd respirator infeksiyaların inkişafı riskini 5 dəfə azaldır.

Mütəxəssislərin sözlərinə görə, bu tədbir koronavirus üzrə risk qrupunda olan vətəndaşları bu infeksiyadan qorumağa imkan verəcək.

Bildirilir ki, peyvəndləmə Dərman Vasitələri üzrə Milli Agentlik tərəfindən təsdiqlənib.

Qeyd edilir ki, Almaniya, Avstraliya və Niderlandda da müvafiq tədbir görüləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.