Rusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan daha 71 nəfər ölüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 71 xəstə dünyasını dəyişib".
Ümumilikdə paytaxtda 2 254 nəfər koronavirusdan ölüb.
Milli.Az