Dünya

Pandemiya ilə əlaqədar Fransadan çirklənmə HƏYƏCANI - Dənizin dibində milyardlarla...

27 May 2020 22:15
Baxış: 1 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada qeyri-hökumət təşkilatının Aralıq dənizində görüntüyə aldığı videoda dənizin dibində toplanan maska və əlcəklər diqqət çəkib.

Milli.Az xəbər verir ki, "Təmiz dəniz əməliyyatı" qrupu "Antibesin Kot-d'Azur" kurortu yaxınlığındakı sahili təmizləməyə çalışır.

Ölkə artıq pandemiyanın xroniki olaraq plastik çirklənmə problemini artırmağından narahatdır. Araşdırma qrupu bunun həyəcan siqnalı olduğunu söyləyir. Bildirilir ki, Avropa tədricən qapanmadan çıxır və insanlar çimərliklərə yenidən axın etməyə başlayır.

Sualtı görüntüləri çəkən və Feysbukda yayımlayan qrupun qurucusu Laurent Lombard, "bu maskaları və əlcəkləri çoxdan tapmalı idik. Bunların sayı milyardlarladır. Bu, çox böyük bir çirklənməyə səbəb olacaq", - deyə bildirib.

Qeyd edək ki, deputat Erik Pauget ictimai yerləri maskalarla və digər tibbi ləvazimatlarla zibilləməyə görə cərimənin artırılması üçün qanun layihəsi irəli sürüb. Yeni qanuna görə, bunun üçün 68 avro əvəzinə 300 avro miqdarında cərimə tətbiq edilməsi planlaşdırılır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.