Dünya

Avropa İttifaqı vətəndaşlarının 60 faizi...

27 May 2020 21:54
Baxış: 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus böhranı ilə əlaqədar Avropa İttifaqı vətəndaşlarının 60 faizi maliyyə çətinliyi içərisində yaşayır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumat Avropa Parlamentinin sifarişi əsasında hazırlanmış sorğuda yer alıb. Sorğu 23 aprel - 1 may tarixləri arasında 21 Avropa ölkəsində yaşı 16-dan yuxarı olan 21 mindən artıq sakin arasında aparılıb.

Rəyi soruşulanlardan 30 faizi böhran nəticəsində gəlirlərini itirdiklərini, 23 faiz isə iş yerini itirdiyini və ya məhdud saatlı iş rejiminə keçməli olduğunu bildirib. 14 faiz isə kirayə, gündəlik xərclər, kredit və digər ödənişləri həyata keçirməkdə ciddi problemlər yaşadığını söyləyib. Respondentlərin 10 faizi isə maliyyə sıxıntılarından canını qurtarmaq üçün ailə üzvləri və ya dostlarından maliyyə dəstəyi aldığını etiraf edib. Üç faiz isə böhran nəticəsində iflas həddinə çatdığını qeyd edib.

Rəyi soruşulanların əksəriyyəti Aİ-nin böhrana reaksiyası və onun aradan qaldırılması üçün səylərinindən narazılıq ifadə edib. 74 faiz Aİ-nin pandemiyaya qarşı tədbirlər görməsindən xəbərdar olduğunu bildirib, lakin respondentlərin 42 faizi bu tədbirlərdən razı qaldığını söyləyib. Sorğuda iştirak edənlərin 69 faizi koronavirus pandemiyası kimi böhranlarda Aİ-nin daha çox səlahiyyətə sahib olmasını arzu edib.

İştirakçıların 57 faizi Aİ ölkələri arasında həmrəyliyin daha yüksək formada olmasını tələb edib. Ən narazı respondentlər İtaliya, İspaniya və Yunanıstan vətəndaşları olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.