Dünya

Tramp: "Əsgərlərimizi evə qaytarın, amma baş verənləri diqqətlə izləyin"

27 May 2020 20:19
0 Şərh     Baxış: 1 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp ölkə qoşunlarının Əfqanıstandan çıxarılmasını istəyir.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə D.Tramp öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, ABŞ Əfqanıstan ərazisində hərbi qüvvə kimi deyil, polis kimi fəaliyyət göstərir.

D.Tramp əlavə edib ki, amerikalıların bu ölkədə olduğu 19 ildən sonra, artıq Əfqanıstan əhalisinin özü polis xidmətini həyata keçirməlidir:

"Əsgərlərimizi evə qaytarın, amma baş verənləri diqqətlə izləyin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.