Dünya

Koronavirus pandemiyası Almaniya iqtisadiyyatına ağır zərbə vurub

27 May 2020 20:55
0 Şərh     Baxış: 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyası Almaniya iqtisadiyyatına ağır zərbə vurub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu ilin birinci rübündə ölkədə Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 2,2 faiz azalıb.

Ölkənin Federal Statistika İdarəsi hesab edir ki, bu, 2008-2009-cu illərdəki dünya maliyyə böhranından və Almaniyanın birləşməsindən sonra iqtisadiyyat sahəsində miqyasına görə, qeydə alınmış ən aşağı göstəricidir.

Bunu bir sıra səbəblərlə, o cümlədən də fərdi istehlakın azalması və investorların qeyri-müəyyən durumu ilə əlaqələndirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.