Dünya

Dünyanın ən böyük xəstəxanalarından biri İstanbulda istifadəyə veriləcək

27 May 2020 19:29
Baxış: 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən böyük xəstəxanalarından biri olacaq İstanbulun "Professor Feriha Öz" adına fövqəladə vəziyyət və pandemiya xəstəxanası mayın 29-da istifadəyə veriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 184 min kvadratmetr ərazidə inşa olunan bu xəstəxananın əsas binası 70 min kvadratmetrlik sahəni əhatə edir. İki hissə və səkkiz blokdan ibarət bu tibb müəssisəsi 1010 xəstə üçün nəzərdə tutulub. Birmərtəbəli xəstəxana binası ən son texnologiyalarla təchiz olunub.

Digər, Atatürk Hava Limanının ərazisində inşa edilən "Professor Murat Dilmener" xəstəxanasının isə mayın 31-də açılması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.