Dünya

Amerika polisi şübhəlini boğub öldürdü - +18 VİDEO

27 May 2020 17:16
Baxış: 2 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Minneapolis şəhərində fırıldaqçılıq üstündə tutulan şəxs saxlanarkən polis tərəfindən boğularaq öldürülüb.

Milli.Az Yenicag.az-a istinadən xəbər verir ki, ABŞ polisi dizini şübhəlinin boynuna söykəyərək onu nəfəssiz buraxıb. Dəfələrlə "nəfəs ala bilmirəm" desə də polis yerdə uzanan şübhəliyə məhəl qoymayıb. Polisin hərəkətindən sonra şübhəlinin nəfəs yolları bağlanıb.

Minneapolis polisi tutulan şəxsin daha sonra "tibbi problem" səbəbindən öldüyünü açıqlayıb. Görüntülərdə isə adamın bir müddət sonra yerindən tərpənmədiyi görünür. Adı açıqlamayan şübhəlinin Hennepindəki Tibb Mərkəzinə aparıldığı və daha sonra öldüyü bildirilib. FTB-nin açıqlamasında polislərin işdən azad edildiyi və istintaqın davam etdiyi bildirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.