Dünya

900 “Taliban” üzvü sərbəst buraxıldı

27 May 2020 19:04
Baxış: 1 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ və "Taliban" arasında əldə olunan razılaşmaya əsasən Əfqanıstan həbsxanalarında cəza çəkən 900 "Taliban" üzvü azadlığa buraxılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Milli Təhlükəsizlik Şurasının sözçüsü Cavid Feysal mətbuata açıqlama verib. O, bu addımın "Taliban" qruplaşması ilə danışıqların davam etməsi məqsədilə atıldığını bildirib. Bununla azadlığa buraxılan "Taliban" məhbuslarının sayı 2000-ə çatıb.

Feysal azadlığa buraxılan məhbusların şəxsiyyətinin müəyyənləşdirilməsi sistemindən keçdiyini və yenidən döyüşməyəcəklərinə dair öhdəlik götürdüklərini bildirib.

Digər tərəfdən, "Taliban"ın Qətər Ofisinin sözçüsü Suhail Şahin qruplaşma tərəfindən tutulan əsirlərin böyük hissəsinin sərbəst buraxılacağını açıqlayıb. Bu günə qədər isə "Taliban"ın 250 əsiri sərbəst buraxdığı bildirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.