Dünya

Koronavirus ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını sürətləndirib

27 May 2020 17:44
Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyası ilə əlaqədar ABŞ Əfqanıstandakı qoşunların sayını vaxtından əvvəl azaldacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, iyunun əvvəlinədək qoşunların sayının 8,6 minədək azaldılması planlaşdırılır.

Qeyd edək ki, fevralın 29-da Qətərdə ABŞ və "Taliban" arasında əldə olunan razılaşmaya əsasən, iyulun əvvəlinədək Vaşinqton Əfqanıstandakı qoşunlarını 12-13 min nəfərdən 8,6 minədək azaltmalı idi.

Pandemiya nəticəsində həmin müddət irəli çəkilib.

Sazişə əsasən, ABŞ və koalisiya qüvvələri 2021-ci ilin mayınadək qoşunları Əfqanıstandan tamamilə çıxaracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.