Dünya

İranda daha 56 nəfər koronavirusdan ölüb

27 May 2020 17:04
Baxış: 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda ötən sutka ərzində daha 56 nəfər koronavirusdan (COVID-19) ölüb.

Milli.Az xəbər verir ki, bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 7 564 nəfərə yüksəlib.

Cahanpur əlavə edib ki, ötən 24 saat ərzində daha 2 080 nəfər koronavirusa yoluxub. Bununla da indiyədək ölkədə virusa yoluxanların sayı 141 591 nəfərə çatıb. Virus daşıyıcılarından 2 551 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi indiyədək 111 176 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 856 mindən çox test həyata keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.