Dünya

Polşada koronavirusa yoluxanların sayı 22 mini ötüb

27 May 2020 14:16
Baxış: 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşada son sutka ərzində 229 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. Bununla da, ölkədə bu virusa yoluxmuş insanların sayı 22 303-ə çatıb.

Milli.Az APA-ya istinadla xəbər verir ki, bu barədə Polşanın Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

Həmçinin, ötən gecə Polşada bir nəfər koronavirusdan ölüb. Ölənlərin ümumi sayı 1 025 nəfərə çatıb.

Son məlumatlara görə, koronavirusla əlaqədar Polşada 2 320 nəfər xəstəxanaya yerləşdirilib, 79 007 nəfər karantindədir, 10 330 nəfər sağalıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.