Dünya

Almaniyada bu qadağalar yüngülləşdirilir

27 May 2020 09:09
0 Şərh     Baxış: 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın federal və regional hakimiyyət orqanları pandemiya səbəbindən tətbiq olunan sosial təmaslara qoyulan məhdudiyyətləri iyunun 29-dək uzatmağa razılıq versələr də, lakin onları yüngülləşdirməyi qərara alıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti Federal Kansler Aparatı və Almaniya Federal Torpaqları Rəhbərləri Aparatının rəhbərlərinin danışıqlarından sonra açıqlama verib.

Bu gündən etibarən ən çox 10 və ya 2 ailənin kütləvi şəkildə görüşməsinə icazə veriləcəkdir:

"Həmçinin təmas şəxslərinin sayını mümkün qədər azaltmaq və mümkün qədər eyni təmas dairəsinə riayət etmək tövsiyə olunur".

Sənəddə vətəndaşların şəxsi gigiyena qaydalarına və sosial məsafələrə, o cümlədən evdə görüşlər zamanı riayət etmələrinin vacibliyi qeyd olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.