Dünya

Braziliyadan ABŞ-a səfərlər dayandırıldı

26 May 2020 19:36
Baxış: 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tramp administrasiyası koronavirus hallarının artdığına görə, Braziliyadan səyahətlərin qadağan edilməsinə qərar verib. Qərar may aynın 26-dan qüvvədədir.

Bu, 14 gün əvvəl Braziliyda olan xaricilərin ABŞ-a səfərini nəzərdə tutur. Belə ki, səhiyyə rəsmiləri koronavirus simptomlarının 14 gün sonra üzə vurduğunu deyir.

Braziliyada virusa yoluxma hallarının son həftə artdığı bildirilib. Ölkədə son 24 saat ərzində ölənlərin sayı 807 nəfər təşkil edib. ABŞ-da isə bu göstərici 620 olub. Bununla da ABŞ-dan sonra Braziliya yoluxma hallarına görə, dünyada ikinci yerə keçə bilər.

ABŞ prezidenti Donald Tramp bu yaxınlarda Amerika xalqına müraciətində yeni iqtisadi tədbirləri və Avropadan səfərlərin təxirə salındığını elan edib.

Tramp qlobal maliyyə bazarlarında təlatüm yaradan və amerikalıların gündəlik həyatını pozan pandemiyanın iqtisadi təsirlərinin azaldılması üçün atılan addımları açıqlayıb və Avropadan ABŞ-a səfərlərin 30 gün müddətinə dayandırılacağını bildirib.

Tramp bütün Avropa səyahətlərinin dayandırılacağını desə də, ABŞ Milli Təhlükəsizlik Nazirliyinin rəsmiləri yeni məhdudiyyətlərin yalnız Avropanın azad səyahət pasportlarına malik olanların ABŞ-a gəlməzdən 14 gün əvvəl səyahətdə olmuş insanlara şamil ediləcəyini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.