Dünya

Türkiyədə gizli yas mərasimində 163 nəfər koronavirusa yoluxdu

26 May 2020 13:09
0 Şərh     Baxış: 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Van vilayətində yas mərasimlərinin keçirilməsi qadağasına baxmayaraq, gizli təşkil edilən mərasimlərin iştirakçıları yeni növ koronavirusa (COVID-19) yoluxublar.

Milli.Az APA-ya istinadla bildirir ki,Vanın Edermit rayonunda 35 nəfər, İpəkyolu rayonunda isə 128 nəfər koronavirusa yoluxub. Virusa yoluxan 163 nəfərdən biri vəfat edib. Ölən şəxs Türkiyə Səhiyyə Nazirliyinin tələbləri çərçivəsində dəfn edilib. Vanın Edermit və İpəkyolu rayonlarında gizli qurulan yas çadırlarına görə mərasim sahibləri məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, İpəkyolunun İranla sərhəd Ortanca kəndində 20 gündən artıqdır ki, karantin rejimi tətbiq olunub. 

Vanda indiyə qədər 478 nəfər bu infeksiyaya yoluxub. Van valiliyindən bildirlib ki, vilayətdə COVID-19-la mübarizə tədbirləri çərçivəsində indiyədək 61 nəfər karantinə alınıb, hazırda 18 min nəfər karantindədir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.