Dünya

Moldovada beynəlxalq avtobus və dəmiryolu nəqliyyatı işə düşür

26 May 2020 12:23
0 Şərh     Baxış: 1 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moldova mayın 26-dan başlayaraq beynəlxalq avtobus və dəmiryolu nəqliyyatının hərəkətinə qadağanı aradan qaldırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin İctimai Səhiyyə Milli Komissiyasının qərarını baş nazir İon Kiku öz "Facebook" səhifəsində yerləşdirib.

Qeyd olunur ki, daşımalar zamanı infeksiya ilə mübarizə və profilaktika tədbirlərinə ciddi riayət edilməlidir. Sərnişinlər qatar və avtobusa minməzdən əvvəl onların temperaturu yoxlanacaq.

Eyni zamanda Moldovada iyunun 30-dək əcnəbi vətəndaşların ölkəyə girişinə qoyulan qadağa qərarı qüvvədə qalıb.

Ölkədə həmin tarixədək fövqəladə vəziyyət elan edilib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.