Dünya

ABŞ Brazilyadan gələnlərə giriş qadağasını iki gün tez tətbiq edib

26 May 2020 08:23
Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağ Ev son 14 günü Braziliyadan ABŞ-a gələnlərə giriş qadağası barədə sərəncamda düzəlişlər edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, prezident Donald Trampın administrasiyası tərəfindən dərc edilən sərəncamda qadağanın planlaşdırılan 28 may tarixindən iki gün öncə - 26 may saat 23:59-da tətbiq edilməsı bildirilir.

Daha əvvəl D.Tramp xarici vətəndaşların koronavirusun geniş yayıldığı Braziliyadan ABŞ-a girişinə məhdudiyyətlər qoyulduğu barədə deyib. Bu qərar Braziliyanın koronavirusa yoluxma hadisələri üzrə Rusiyanı ötdüyündən sonra qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.