Dünya

Kaliforniyada dini mərasimlərin keçirilməsinə icazə verilir

26 May 2020 08:03
Baxış: 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Kaliforniya ştatının rəhbərliyi koronavirus pandemiyası şəraitində dini mərasimlərin keçirilməsi üçün tövsiyələr hazırlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu mərasimlərdə iştirakçıların sayı 100-ü keçməməli və mərasim imkan daxilində açıq havada keçirilməlidir.

Din nümayəndələrinin yaşlılar üçün xidmətləri yalnız uzaqdan həyata keçirmələri, mərasimlər keçirilərkən hava-damcı yolu ilə koronavirusun yayılması təhlükəsi səbəbindən xor ifalarından, həmçinin kitablar və ritualların icrası ilə əlaqəli digər əşyaların mübadiləsindən çəkinmək tövsiyə olunur. Kilsədaki skamyalar 2 metrdən yaxın olmayan bir məsafədə yerləşdirilməlidir.

Federal və yerli hakimiyyət orqanlarına əsaslanaraq hesabat aparan Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 1,65 milyondan çox koronavirus infeksiyasına yoluxma hadisəsi qeydə alınıb, 98 mindən çox insan ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.