Dünya

Yaponiyanın kosmik yük daşıyıcısı Beynəlxalq Kosmik Stansiyası ilə birləşib

25 May 2020 23:45
Baxış: 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yapon kosmik yük gəmisi HTV-9 (Kounotori 9 - "Ağ leylək - 9") uğurla Beynəlxalq Kosmik Stansiyasına birləşib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) xəbər yayıb.

ABŞ seqmenti olan "Harmony" modulu ilə 12 tonluq kosmik yük gəmisinin birləşmə əməliyyatı ABŞ-ın Şərq Sahili vaxtı ilə səhər saat 10:46-da baş tutub. NASA-nın uçuşların idarəsi mərkəzi əməliyyatın uğurlu olduğunu təsdiqləyib.

"Kounotori-9" stansiyaya təxminən 4 ton yük, o cümlədən qida məhsulları, onlarla elmi tədqiqat üçün avadanlıq və materiallar və altı yeni güclü litium-ion batareyaları çatdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.