Dünya

Bu ölkədə koronavirusa görə maska taxmaq məcburiyyəti aradan qaldırıla bilər

25 May 2020 21:25
0 Şərh     Baxış: 1 110
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşada koronavirusa qarşı maska taxmaq məcburiyyəti aradan qaldırıla bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Polşanın Səhiyyə naziri Lukaş Şumovski mayın 25-də mətbuata verdiyi müsahibəsində bildirib. O qeyd edib ki, ölkənin üç vilayətində gündəlik yoluxma əmsalı ortalama 1-dən də aşağıdır və maska taxma məcburiyyəti artıq yoxdur.

Nazir əlavə edib ki, bu müsbət tendensiya davam edərsə toy və digər böyük yığıncaqların keçirilməsinə də icazə verilə bilər.

Polşada koronavirusa yoluxma sayı 21 min 440 nəfərdir. Son bir sutkada isə yeni yoluxma halı qeydə alınmayıb. Ümumi ölüm sayı isə 996 nəfər təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.