Dünya

Türkiyədə koronavirusdan sağalanların sayı 120 minə yaxınlaşır

24 May 2020 21:15
0 Şərh     Baxış: 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə son 24 saat ərzində daha 32 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 340 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 141 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 156 827 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 092 nəfər olmaqla 118 694 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 24 589 test aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.