Dünya

Yaponiyada yeni yoluxma hallarının sayı artıb

24 May 2020 21:00
0 Şərh     Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyada mayın 25-də nəzərdə tutulan təcili vəziyyət rejiminin tamamilə ləğv edilməsi fonunda koronavirus infeksiyasının yeni hallarının sayında artım qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumatında deyilib.

Belə ki, Yaponiya daxilində son sutkada ən azı 42 yeni yoluxma faktı, o cümlədən Tokioda 14 fakt aşkarlanıb. Orada ölkənin digər 5 vilayətində olduğu kimi, fövqəladə vəziyyət rejimi hələ də qüvvədədir. Diamond Princess kruiz gəmisinin sərnişinlərinin və ekipajının dadaxil olduğu yoluxanların ümumi sayı 17 323 nəfərə çatıb.

Sutka ərzində ölənlərin sayı Tokioda 9 nəfər olmaqla 14 nəfər artıb və ümumi sayı 852 nəfər çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.