Dünya

Uhan labaratoriyasının direktoru: “Bəli, bizdə yarasaların üç koronavirus ştammı var, amma...” - FOTO

24 May 2020 17:26
0 Şərh     Baxış: 1 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin koronavirusun ilk dəfə yayıldığı Uhan şəhərindəki virusologiya institutunun direktoru onların labaratoriyasında yarasaların üç koronavirus ştammının olduğunu təsdiq edib. Lakin bildirib ki, onların heç biri hazırda dünyada yoluxma xaosuna gətirib çıxaran koronavirusla eynilik təşkil etmir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, alimlər ilk dəfə Uhanda meydana çıxan COVİD-19 virusunun yarasalardan yayıldığını düşünürlər. Uhan virusologiya institutunun direktoru isə Çinin dövlət CGTN telekanalına verdiyi müsahibədə ABŞ prezidenti Donald Trampın və digərlərinin virusun institutdan yayıldığı barədə iddialarını "təmiz uydurma" adlandırıb.

Direktor Vanq Yanyinin müsahibəsi hələ mayın 13-də hazırlanıb, lakin ötən gün mayın 23-də efirə verilib. O bildirir ki, institut həqiqətən yarasalardan bir neçə koronavirus ştammı götürüb və onları izolə edib.

"Hazırda bizdə canlı virusların üç ştammı var...Lakin onların hazırda dünyada yayılan "SARS-CoV-2" virusu ilə eyniliyi 79.8 faiz təşkil edir.

Direktor təsdiq edib ki, institutun araşdırma qruplarından birinin rəhbəri, professor Şi Çjenli həqiqətən 2004-cü ildən yarasa koronaviruslarının tədqiqatı ilə məşğul olur və onun məqsədi 2000-ci illərin əvvəllərində Çində yayılmış SARS virusunun mənşəyini araşdırmaq olub.

Qeyd edək ki, koronavirusun məhz professor Şi Çjenlinin tərəfindən sızdırıldığı bildirilir. Hətta internetdə yayılmış görüntülərdən birində iddia edilirdi ki, o, içərisində koronavirusların olduğu buzu Uhan metrosunun havalandırma sisteminə atır.

"Biz bilirik ki, SARS-CoV-2 virusunun geni SARS virusunun geni ilə ancaq 80 faiz oxşardır. Bu da növbəti fərqdir",-direktor deyib.

Uhan labaratoriyasının direktoru bildirib ki, onlar naməlum koronavirusun nümunələrini ilk dəfə ötən il dekabrın 30-da alıblar. Yanvarın 2-də virusun geninin ardıcıllığını müəyyən ediblər və yanvarın 11-də yeni infeksiya törədicisi barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıblar. "Həmin vaxta qədər bizim komanda heç vaxt bu virusla qarşılaşmamışdı və onu labaratoriyada saxlamamışdı", - Vanq Yanyi deyib.

"Əslində biz də qalanları kimi belə virusun olduğunu bilmirdik. Virus bizim labaratoriyadan necə sıza bilər ki, o heç vaxt orada olmayıb?",-o əlavə edib.

Qeyd edək ki, ABŞ administrasiyası virusun Uhan labaratoriyasından yayıldığı barədə ciddi kəşfiyyat məlumatlarına malik olduğunu bildirir və Pekinə təzyiq göstərərək labaratoriyada araşdırma aparılmasına şərait yaradılmasını tələb edir.

Virus indiyədək dünyada 340 mindən çox insanın həyatına son qoyub, yoluxanların sayı 5.5 milyonu keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.