Dünya

İranda güclü zəlzələ: 16 yaralı var - YENİLƏNİB

24 May 2020 18:35
0 Şərh     Baxış: 1 170
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:35

Bu gün İranda baş verən 5.2 maqnitudalı zəlzələ nəticəsində 16 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İran Təcili Tibbi Yardım Xidməti məlumat yayıb.

Bir nəfərə yerində, 15 nəfərə xəstəxanalarda tibbi yardım göstərilib. Xəstəxanalarda tibbi yardım göstərilənlərin hamısı artıq evə buraxılıb. Onların hamısı zəlzələdən qorxub qaçan zaman travma alıblar. 

---------
14:41

İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyir-Əhməd vilayətinin Gəçsaran rayonunun Doqonbədan şəhəri ətrafında 5,2 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 13:41-də 10 km dərinlikdə qeydə alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

Qeyd edək ki, 7 mayda İranın Tehran vilayətində baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.