Dünya

Gürcüstanda koronavirusa yoluxanların sayı 730 nəfərə çatıb

24 May 2020 11:55
0 Şərh     Baxış: 921
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan İnfeksiyon Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya məlumat verib. Bununla da ölkədə qonşu ölkədə yoluxanların sayı 730 nəfərə çatıb. Qeyd olunub ki, Gürcüstanda koronavirus  səbəbi ilə 3511 nəfər karantində saxlanılır, 243 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 522 nəfər sağalıb, 12 nəfər isə dünyasını dəyişib. Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.