Dünya

Ermənistan Gürcüstandan üzr istədi

24 May 2020 09:24
0 Şərh     Baxış: 1 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Səhiyyə Nazirliyi Gürcüstanın səhiyyə sistemi tənqid edildiyinə görə diplomatik kanallar vasitəsilə rəsmi Tbilisidən üzr istəyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ermənistanın səhiyyə naziri Arsen Torosyan Gürcüstanı epidemiya əleyhinə tədbirsizlikdə ittiham edərək onun əleyhinə sərt ifadələr işlətmişdi.

Torosyanın sözlərinə görə, Covid-19 əleyhinə mübarizədə Gürcüstanda qəbul edilmiş məhdudiyyətlər Ermənistandakından daha təsirli olsa da, bu pis nəticələrə gətirib çıxardı: ölkədə malların maya dəyəri artdı, milli inflyasiya baş verdi. Bundan başqa, Gürcüstanın epidemiya əleyhinə sistemi və səhiyyəsi pis vəziyyətdədir.

Erməni nazirin sözlərinə görə, metodologiyadakı müxtəliflik, aparılan testlərin sayı epidemioloji sistemə təsir edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.