Dünya

Romada Rafaelin ölümünün 500 illiyinə həsr olunmuş sərgi iyunda keçiriləcək - FOTO

24 May 2020 08:18
0 Şərh     Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada intibah dövrünün simvolu Rafaelin ölümünün 500 illiyi münasibətilə təşkil edilməli olan, koronavirus pandemiyası səbəbindən açıldıqdan bir neçə gün sonra bağlanan sərgi əvvəlcə bağlanacağı planlaşdırıldığı tarixdə açılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, əvvəl sərginin 5 Mart - 2 İyun tarixlərində keçirilməsi planlaşdırılıb. Lakin martın 10-da İtaliyada qüvvəyə minən karantin tədbirləri səbəbindən sərgi başlanmasından bir neçə gün sonra bağlanıb.

"Sərgi üçün kolleksiyalar dünyanın 55 qurumundan toplanıb. Bu vacib sərgini keçirmək üçün ikinci şansımız var", - tədbirin kuratoru Matteo Lafrankoni deyib.

Rəssamın 1483-cü ildən 1520-ci ilə qədər yaratdığı sənət əsərlərinin nümayişi iyun ayının 2-də başlayacaq. Təşkilatçılar bəzi məhdudiyyətlərin hələ qaldırılmadığına görə sərgiyə daha çox insanın girilməsinə icazə vermək üçün nümayiş saatlarını uzadacaqlarını bildiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.