Dünya

“Amfan” qasırğası nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb

21 May 2020 19:09
0 Şərh     Baxış: 1 100
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistan və Banqladeşdə davam edən "Amfan" qasırğası nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qasırğa hazırda Butan istiqamətində hərəkət edir. Onun gücünün azalmağa doğru getdiyi deyilir.

Qasırğa Hindistanın Kəlküttə şəhərində böyük fəsadlara səbəb olub. 14 milyon sakin işıqsız qalıb, küçələri su basıb və çoxlu sayda ağac qırılıb.

"Amfan" qasırğası Benqal körfəzində 1999-cu ildə Orissa sahillərində 9 mindən çox insanın həyatına son qoyan qasırğadan sonra dağıdıcı gücünə görə ikinci qasırğadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.