Dünya

Restorana girib, dönəri güllələdi - VİDEO - FOTO

20 May 2020 14:51
0 Şərh     Baxış: 2 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dönərin əvəzinə mən də ola bilərdim.

Milli.Az bildirir ki, bu sözləri dönərxanaya hücum zamanı sağ qalan şəxs jurnalistlərə açıqlama verərkən söyləyib.

Londondakı dönərxanaların birində atışma baş verib. İki maskalı şəxs dönərxanaya daxil olan şəxsin arxasınca gələrək kafedə ətrafa atəş açıb.

Güllələrdən biri şişdə olan toyuq dönərini dəlib, keçib.

"Blazing Grill" adlı kafenin sahibi 31 yaşlı Jason Das bildirib ki, hadisə bir göz qırpımında baş verdi və onun bütün işçiləri ölə bilərdi.

Polis departamentindən verilən məlumata görə hadisəni törədən şəxslərin kimliyi araşdırılır.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.