Dünya

Koronavirusdan daha bir qorunma üsulu faydasız hesab edildi

19 May 2020 18:59
0 Şərh     Baxış: 1 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyası fonunda hökumətlər tərəfindən qoyulan bəzi məhdudiyyətlərin, o cümlədən turistləri karantinə yerləşdirməyin heç bir faydası yoxdur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu CNBC-yə müsahibəsində Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) rəhbəri Aleksandr de Junyak bildirib.

"Biz hökumətləri xaricdən gələn vətəndaşların iki həftə təcrid olunması ilə bağlı karantin tədbirlərini tətbiq etməməyə çağırırıq", - o bildirib.

Təşkilat rəhbəri hesab edir ki, aviaşirkətlər və hava limanları tərəfindən temperaturun ölçülməsi, fərdi mühafizə vasitələrinin istifadəsinə nəzarət, təyyarə salonlarının keyfiyyətli təmizlənməsi və dezinfeksiya edilməsi, baqajın yüklənməsinə məhdudiyyətlər kimi həyata keçirilən sanitariya prosedurları infeksiyanın yayılmasının qarşısını almaq üçün kifayətdir.

Xatırladaq ki, bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatından dezinfeksiyaedici vasitələrin qapalı yerlərdə püskürdülməsinin COVID-19 pandemiyası dövründə faydasız olduğu bildirilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.