Dünya

Meksikada da rekord göstərici qeydə alındı

19 May 2020 09:37
0 Şərh     Baxış: 956
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikada son sutka ərzində koronavirusa yoluxanların sayı 2 414 nəfər artaraq 51 633-ə çatıb.

Bu, xəstəliyin yayılmağa başlamasından indiyədək ölkədə qeydə alınan ən yüksək göstərici olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel keçirdiyi mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, son 24 saat ərzində 155 nəfər koronavirusun qurbanı olub. Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 332-yə yüksəlib.

Hazırda ölkədə 10 913 aktiv koronavirus xəstəsi var. Onlardan 378-nin vəziyyəti ağırdır. 35 388 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.