Dünya

CAR prezidenti karantin müddətində sosial məsafə qaydalarını pozub - VİDEO

18 May 2020 21:01
0 Şərh     Baxış: 1 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Afrika Respublikasının (CAR) prezidenti Siril Ramafosa karantin müddətində sosial məsafə qaydalarını pozduğu üçün tənqidə məruz qalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, küçədə qaçışla məşğul olarkən ona yaxınlaşan iki qadınla şəkil çəkdirib.

Qeyd olunur ki, onlar əl sıxıb görüşməsələr də, şəkil çəkdirərkən tələb olunan məsafə qaydalarına əməl etməyiblər.

Qeyd edək ki, hazırda CAR-da xüsusi karantin rejimi davam edir, bu müddətdə ölkə ərazisində spirtli içki və siqaret satışı da qadağan edilib.

CAR koronavirusa yoluxma sayına görə Afrikada liderdir. Ölkədə 15 mindən çox yoluxma, 264 ölüm qeydə alınıb.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.